Alyaskada Rusiya nümayəndə heyətini ayı qarşıladı - "Bu, yaxşı əlamətdir" + VİDEO 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar aparmaq üçün Alyaskaya gələn Rusiya nümayəndə heyəti gözlənilməz hadisə ilə qarşılaşıb.

Aug 15, 2025 - 20:36
Alyaskada Rusiya nümayəndə heyətini ayı qarşıladı - "Bu, yaxşı əlamətdir" + VİDEO 

SAVASHMEDİA.az-ın xəbərinə görə, onları qəfildən peyda olan ayı qarşılayıb.

Bu haqda özünün sosial şəbəkə hesabında yazan Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ayının onlara bir qədər baxdıqdan sonra qaçdığını bildirib.

"ABŞ-Rusiya sammitindən əvvəl Alyaskada ayı ilə qarşılaşdıq. Ümid edirəm ki, bu, yaxşı əlamətdir", - Dmitriyev yazıb.

Oğuz