Kamala Harris erkən səs serdi

ABŞ-nin indiki vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris prezident və konqres seçkilərində erkən səs verdiyini bəyan edib.

Nov 4, 2024 - 13:28
Kamala Harris erkən səs serdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə prezidentliyə namizəd Detroytda çıxış edərkən bildirib. 

“Mən əslində elə indicə poçtla göndəriləcək seçki bülletenimi doldurdum”, - deyə Harris vurğulayıb. 

Onun sözlərinə görə, səsvermə bülleteni Kaliforniya ştatına göndəriləcək və o, erkən səsvermə sisteminə etibar edir. 

Vitse-prezident onu da qeyd edib ki, özünü əla hiss edir və seçicilərlə ünsiyyətə sərf edəcəyi növbəti 48 saatı səbirsizliklə gözləyir.

Harris bildirib ki, insanlarla təhlükə altında olan ölkənin gələcəyi, koalisiyaların qurulması, iqtisadiyyatın və bütövlükdə ölkənin gücləndirilməsi haqqında danışacaq. 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Lakin erkən səsvermə davam edir. 

ABŞ seçicilərinin 80 faizi, kimin qalib gəlməsindən asılı olmayaraq, seçkinin nəticələrini qəbul etməyə hazır olduğunu bildirib. 

Xatirə SADİQ