Zaxarova Krivoy Roqla Sumını səhv saldı - VİDEO
Ukrayna mediası Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın coğrafi səhvini tutub.
SAVASHMEDİA.az “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, Zaxarova aprelin 13-də Rusiyanın Sumı şəhərinə raket zərbəsi endirdiyini şərh edərkən, bunun “Magellan” restoranına endirildiyini bildirib.
“Yadınızdadırmı, son bir neçə gündə bütün qondarma kollektiv Qərbin bu il aprelin 13-də Ukrayna Silahlı Qüvvələri bölmələrinin komandirlərinin Qərb təlimatçılarının iştirakı ilə keçirdiyi görüş yerinə Rusiya silahlı qüvvələrinin raketlə endirdiyi yüksək dəqiqli zərbə ilə bağlı, sözün əsl mənasında, necə qışqırıq qaldırmışdılar. Bütün bu toplanış Sumı şəhərindəki “Magellan” restoranında baş tutmuşdu”, - deyə Zaxarova bildirib.
Nəşr xatırladıb ki, “Magellan” restoranı Krivoy Roq şəhərində yerləşir. Bu restoranın yerləşdiyi rayona aprelin 4-də hücum olmuşdu. O zaman Zaxarova özü də Krivoy Roqa hücumu onunla əsaslandırırdı ki, guya “Magellan” restoranında hərbçilər olub. Amma raket zərbəsindən öncə yayılmış görüntülərdən görünürdü ki, restoranda heç bir hərbçi olmayıb.
Xatirə SADİQ