“Haradasan, Müctəba? Niyə görünmürsən?" - MOSSAD

İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı paylaşım edib.

Mar 13, 2026 - 11:26
Mar 13, 2026 - 12:04
“Haradasan, Müctəba? Niyə görünmürsən?" - MOSSAD

SAVASHMEDİA.az xəbər verir ki, paylaşımda İran liderinə harada olduğu barədə sual ünvanlanıb.

“Haradasan, Müctəba? Niyə Müctəba Xamenei xalqa müraciət edir, amma üzü görünmür? Nəyi gizlətməyə çalışır?”, - İsrail ordusu bildirib.

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın sosial media hesabında isə belə bir mesaj paylaşılıb:

“Onlar özlərinə rəhbərlik etmək üçün ölü adamı seçdilər - hələ başlamazdan əvvəl bitmiş ölü adam”.

Xatırladaq ki, bundan əvvəl KİV-də Müctəba Xameneinin ağır yaralanması barədə məlumat yayılıb. İran XİN məlumatı təsdiqləyib, bundan sonra dövlət televiziyasında aparıcı ölkənin yeni ali rəhbərinin adından ilk bəyanatı oxuyub.

Aytən