BMT TŞ Şimali Koreya hərbçilərini müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurası (TŞ) oktyabrın 30-da Rusiyanın Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibəyə cəlb etməsini müzakirə üçün toplaşacaq.

Oct 30, 2024 - 19:42
BMT TŞ  Şimali Koreya hərbçilərini müzakirə ediləcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa “X” social şəbəkəsində yazıb.

“Ukraynanın BMT Təhlükəsizlik Şurasının İsveçrə sədrliyinə müraciəti ilə əlaqədar olaraq Şimali Koreya ordusunun yerləşdirilməsinə dair Şuranın iclası keçiriləcək”.

Kislitsanın sözlərinə görə, iclas Kiyev vaxtı ilə təxminən 22:15-dən sonra başkamalıdır. 

Qeyd edək ki, İslandiyada səfərdə olan Ukrayna prezidenti jurnalistlərlə söhbəti zamanı dünya liderlərinin bu məsələyə kifayət qədər reaksiya vermədiyindən gileylənmişdi. 

Xatirə SADİQ