“Bizim rus olmaq istəməyən daha çox kişimiz var” – Ukrayna prezidenti
“Rusiya bu gün Gürcüstanda qalib gəlib, çünki ölkə Avropa İttifaqına gedən yoldan çox Rusiya Federasiyası ilə dostluğu seçib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Şimali Avropa ğlkələrinin aparıcı media nümayəndələrinə müsahibəsində bildirib. -
Zelenskinin sözlərinə görə, Rusiya Gürcüstanda əvvəlcə ərazinin bir hissəsini alaraq, sonra isə siyasətini və hökumətini dəyişdirməklə qalib gəlib.
“İndi isə Gürcüstanda Rusiyayönlü hakimiyyət var, Putinə qarşı heç bir sanksiya yoxdur, Gürcüstanda çoxlu ruslar var. Onların seçimi Rusiya ilə dostluqdur, Avropa İttifaqına getmək deyil. Onlar mövqelərini dəyişdilər. Rusiya bu gün qalib gəldi. Onlar Gürcüstanın azadlığını əllərindən aldılar”, - deyə Zelenski vurğulayıb.
Moldovadakı vəziyyəti şərh edən Zelenski deyib ki, Rusiya “eyni istiqamətdə hərəkət edir”: “Görəcəksiniz, əgər Qərb bu ritorikanı dayandırmasa, Moldovanı da bir-iki ildən sonra itirəcək”, - deyə Zelenski əmin etdi.
Eyni zamanda o, Ukrayna ilə Gürcüstan arasındakı fərqi qeyd edib.
“Biz daha böyüyük. Bizim Gürcüstandan fərqimiz budur – bizim daha çox əhalimiz var, rus olmaq istəməyən daha çox kişimiz var”, - deyə prezident yekunlaşdırıb.
Xatirə SADİQ