"Rəhmət demə, oğlum gələcək " - Qatar vuran gəncin anası + VİDEO

Oktyabrın 29-u axşam saat 10 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Oct 30, 2024 - 20:02
"Rəhmət demə, oğlum gələcək " - Qatar vuran gəncin anası + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndiriblər.

“Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı”, – deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.