Bəşər Əsəd sözünü tutmadı - Televiziyaya öz əvəzinə başqasını çıxartdı
Suriya Prezidenti Bəşər Əsəd xalqa müraciət edəcəyi ilə bağlı vədini pozub.
SAVASHMEDİA.az xəbər verir ki, onun bu gün yerli vaxtla saat 20:00-da Suriya xalqına və beynəlxaq ictimaiyyətə meraciət edəcəyi açıqlanmışdı.
Amma açıqlanmayan səbəblərə görə Bəşər Əsədin xalqa müraciəti baş tutmayıb.
Onun əvəzinə isə televiziyaya Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri çıxıb.
O, qısa müraciətində təslim olmayacaqlarını və mübarizəni sona qədər davam etdirəcəklərini deyib.
Yağmur