Məşhur aktyor vəfat etdi, Ərdoğan başsağlığı verdi – Foto
Məşhur aktyor, müğənni, nəğməkar şair və bəstəkar İlhan Şeşen vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, onun ölüm xəbərini ailəsi yayıb.
Məlumata görə 77 yaşlı sənətkara 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulub. O, iki ildir, bu amansız xəstəliklə mübarizə aparırdı.
Şeşen “Sarılınca sana”, “Ellerimde çiçekler”, “Neler Oluyor Bize” kimi sevilən mahnıların yaradıcısı idi.
Türkiyənin bütün incəsənət xadimləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aktyorun ölümü ilə bağlı başsağlığı verib.
Banu
Fotoda: İlhan Şeşen