Ukrayna səfiri ABŞ-ni ittiham etdi – “Dünya nizamını məhv edir”

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ABŞ-ni dünya nizamını məhv etməkdə günahlandırıb.

Mar 6, 2025 - 17:23
Ukrayna səfiri ABŞ-ni ittiham etdi – “Dünya nizamını məhv edir”

SAVASHMEDİA.az “The Times” nəşrinə istinadən xəbəbr verir ki, bu barədə Zalujnı beynəlxalq münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) çıxışı zamanı bildirib. 

“Bu, sadəcə olaraq dünya nizamını gözdən salmağa çalışan şər mehvəri deyil. ABŞ dünya nizamını məhv edir. Görünür, Ağ Ev bütün Qərb dünyasının birliyini şübhə altına alıb. İndi də Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-nin iştirakı olmadan Avropaya həvalə etməyə çalışır”, - deyə ukraynalı səfir vurğulayıb.

Nəşr qeyd edib ki, Zalujnı NATO-nun mövcudluğunu dayandıra biləcəyi və Rusiyanın sonra Avropa üçün gələcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Valeri Zalujnı bundan öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub. 

Xatirə SADİQ