Birləşmiş Ştatlar 26 təşkilatı cəzalandırdı

ABŞ Ticarət Nazirliyi ölkənin milli təhlükəsizliyinə və xarici siyasətinə zidd hərəkətlərə görə 26 təşkilatı sanksiya siyahısına daxil edib.

Oct 22, 2024 - 13:57
Birləşmiş Ştatlar 26 təşkilatı cəzalandırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

Nazirliyin məlumatında deyilir ki, Çin, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu təşkilatlar ixrac nəzarətini pozub, narahatlıq doğuran  silah proqramlarına qatılıb, ABŞ-nin Rusiya və İranla əlaqədar sanksiyalardan yan keçməyə kömək edib.

Nazirliyin təmsilçiləri pozuntuların ciddi olduğunu vurğulayıblar. 

“Biz sayıqlıqla ABŞ-ın milli təhlükəsizliyini ABŞ sanksiyalarından və ixrac nəzarətindən yayınmağa cəhd edən aktorlardan qoruyuruq. Bugünkü qərar bədxahlara aydın başa salır ki, nəzarət tədbirlərimizi pozsalar, bunun əvəzini ödəyəcəklər”, – deyə ticarət nazirinin sənaye və təhlükəsizlik məsələləri üzrə müavini Alan Esteves bildirib.

Xatirə SADİQ