Şolts amerikalı prezidenti tənqid etdi – “Bu, xudbinlikdir” 

Almaniya kansleri Olaf Şolts amerikalı prezident Donald Trampın ölkəsinin maliyyə yardımı müqabilində Ukraynadan nadir torpaq metalları tədarükü tələbini tənqid edib.

Feb 4, 2025 - 11:42
Şolts amerikalı prezidenti tənqid etdi – “Bu, xudbinlikdir” 

SAVASHMEDİA.az “DW”-yə istinadən xəbəbr verir ki, bu, Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən qeyri-rəsmi müdafiə sammitindən sonra baş verib. 

Kansler bildirib ki, Ukraynanın resurslarından müharibədən sonra lazım olacaq hər məsələni maliyyələşdirmək üçün istifadə edilməlidir. 

Onun sözlərinə görə, alınmış pulları indi müdafiə dəstəyini maliyyələşdirmək üçün istifadə etmək “çox xudbin və eqosentrik” olacaq.

Şolts nəzərə çatdırıb ki, gələcəkdə Ukraynaya güclü ordu, eləcə də ölkənin bərpa olunması üşün maliyyə lazım olacaq. 

“Ukraynada baş verən böyük dağıntıları nəzərə alsaq, bunlar böyük vəzifələrdir. Məhz buna görə mən hesab edirəm ki, Ukraynanın resurslarından yaxşı gələcək üçün istifadə olunsa, daha yaxşı olar”, - deyə Almaniya kansleri əlavə edib.

Xatırladaq ki, Tramp Ukrayna ilə silah tədarükü müqabilində nadir torpaq metalları və digər resursların alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduğunu bildirib. ABŞ prezidenti deyib ki, Ukraynanın “çox qiymətli nadir torpaq metalları” var və ölkəsi onun investisiyalarına müəyyən dərəcədə “zəmanət” verilməsini istəyir.

Xatirə SADİQ