Əri məşhur müğənnini boğaraq ÖLDÜRDÜ - FOTO
Özbəkistanlı məşhur müğənni Zebiniso Nosirova (Zeboyi Jahon) qətlə yetirilib.
SAVASHMEDİA.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, 3 uşaq anası olan müğənni ilə əri arasında mübahisə yaşanıb. Nəticədə 34 yaşlı Z.Jaxon əri tərəfindən boğularaq öldürülüb.
Hadisə iyulun 26-da baş verib.
Özbəkistan Baş Prokurorluğunun yaydığı məlumata görə müğənninin həyat yoldaşı artıq saxlanılıb və ona cinayət işi açılıb.
Banu
Fotolarda: Zeboyi Jahon