Makron arvadının ona şillə vurmasından DANIŞDI - "Bəli, dalaşırdıq"
Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitin Vyetnamda təyyarədən çıxarkən ona şillə vurmasını əks etdirən videoya münasibət bildirib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Makron arvadı ilə dava etdiyini etiraf edib:
"Arvadımla mübahisə edirdik, daha doğrusu, axmaqlıq edirdik. Amma təəccüblü odur ki, bunu az qala planetar fəlakətə çevirdilər. İnsanlar çoxlu axmaq şeylər danışırlar".
Bundan əvvəl Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit tərəfindən şillələndiyi videonun həqiqiliyini təsdiqləyib.
Fransa liderinin mətbuat xidməti hadisəni “evlilik davası” adlandırıb.
Oğuz