“Almaniya bu qərarı verməsəydi, NATO dağılacaqdı” - Fridrix Merts

Almaniyanın müdafiə xərclərini artırmaq qərarı NATO-nun bütövlüyünü qoruyub saxlamağa kömək edib.

Sep 1, 2025 - 12:18
“Almaniya bu qərarı verməsəydi, NATO dağılacaqdı” - Fridrix Merts

SAVASHMEDİA.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts ZDF televiziyasına müsahibəsində deyib. 

Kansler ölkə konstitusiyasına edilən dəyişikliklərə işarə edərək bildirib ki, bu, borc əyləcindən azad, 500 milyard avroya qədər kreditlərin veriləcəyi xüsusi müdafiə fondu yaratmağa imkan verib və bu qərarla “biz faktiki olaraq NATO-nu qoruyub saxlaya bildik”. 

"Mən NATO-nun Haaqa sammitində (24-25 iyun) idim. Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniya Federativ Respublikasına müdafiəyə 3,5% və lazımi infrastruktura 1,5% xərcləməyə hazır olmasaydıq, yəqin ki, həmin gün NATO dağılacaqdı. Biz bunun qarşısını aldıq”, - deyə kansler vurğulayıb. 

Xatirə SADİQ