Tramp ona "it oğlu" dedi
ABŞ Prezidenti Donald Tramp “Alkatraz” immiqrasiya mərkəzini ziyarət edib. Bu mərkəz Everqleydds bataqlıqlarında yerləşir və ətrafı timsahlarla əhatə olunub.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp təcridxanaya ziyarəti zamanı etdiyi çıxışda sələfi Co Baydeni “it oğlu” adlandırıb.
“Bayden istəyirdi ki, mən burada olum, o it oğlu! Mən hakimiyyətdən getdikdən sonra bizdə güclü, etibarlı qorunan sərhəd vardı. Heç bir problem yox idi. O isə prezident olduğu ilk gündəcə sərhədi açdı. Sadəcə gəlib sərhədi taybatay açdı. İmiqrantlar gözlərinə inana bilmirdilər, soruşurdular: ‘Nə baş verir?’ Onlara cavab verirdilər: ‘Buyurun, keçin’,” - Tramp bildirib.