Ukraynanın baş naziri istefa verdi
Ukraynanın baş naziri Denis Şmıqal vəzifəsindən azad olunması ilə əlaqədar istefa ərizəsini təqdim edib.
SAVASHMEDİA.az xəbər verir ki, baş nazir bununla bağlı məlumatı öz Telegram kanalında paylaşıb.
“Cəbhə xəttini və Ukraynanı qoruyan həm kişi, həm də qadın müdafiəçilərimizə təşəkkür edirəm! Güvəndiyi üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edirəm! Bizim dövlətimiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirəm!” – deyə Denis Şmıqal yazıb.
Qeyd edək ki, Ukrayna hökumətinin yeni başçısının hazırda baş nazirin müavini vəzifəsində çalışan Yuliya Sviridenkonun olacağı gözlənilir.
Xatirə SADİQ