Kanslerin İsraili tərifləməsi alman solçularını qəzəbləndirdi

Almaniyanın müxtəlif partiyalarının siyasətçiləri Almaniya kansleri Fridrix Mertsi tənqid ediblər. 

Jun 19, 2025 - 14:16
Kanslerin İsraili tərifləməsi alman solçularını qəzəbləndirdi

SAVASHMEDİA.az bu barədə DW nəşrinə istinadən xəbər verir. 

Buna səbəb kanslerin İrana qarşı hücumuna və “hamının əvəzinə çirkli işi gördüyünə” görə İsrailə minnətdarlığını bildirməsi olub.

Sosial-Demokrat Partiyasının (SPD) Bundestaqdakı fraksiyasının sədr müavini Zimtye Meller Yaxın Şərqdəki “son dərəcə həssas və son dərəcə təhlükəli” vəziyyətdən danışarkən sözlərin diqqətli seçilməsinə çağırıb. “Məhz belə məqamlarda bütün siyasətçilər ictimai bəyanatlarında diplomatik təmkin nümayiş etdirməlidirlər”, - deyə o, vurğulayıb.

Bundestaq deputatı Ralf Şteqner kanslerin sözlərinin təəccüb doğurduğunu və sosial demokratların mövqeyindən uzaq baxışı əks etdirdiyini bildirib.

SPD-nin beynəlxalq məsələlər üzrə nümayəındəsi Adis Axmetoviç təsdiqləyib ki,  kanslerin bəyanatını fraksiya daxilində anlaşılmazlığa səbəb olib. 

“Yaşıllar” Partiyasını təmsil edən deputat Anton Hofrayter kanslerin bəyanatını “uğursuz” adlandırıb və xatırladıb ki, sorğulara görə, iranlıların 80-90 faizi Tehrandakı islamçı rejimə qarşıdır. Onun sözlərinə görə, İsrailin zərbələri zamanı rejimə müxalif əhval-ruhiyyədə ola biləcək mülki vətəndaşları da öldürür.

“Kanslerin ədəbsiz və səriştəsiz şərhləri əvəzinə, hökumətdən bu gərgin vəziyyəti azaltmaq üçün mümkün olan bütün səyləri göstərməsini gözləyirəm”, - deyə onun partiyadaşı Luize Amtsberq bildirib.

Bundestaqdakı Sol Partiya fraksiyasının həmsədri Sören Pelmann kanslerin bəyanatını “beynəlxalq hüquq prinsiplərindən imtina” və “güc məntiqinin qəbulu” kimi qiymətləndirib.

“Bu, Almaniyanın BMT-də və beynəlxalq arenadakı nüfuzuna ciddi zərbə vuran bir qalmaqaldır”, - deyə o, əminliyini ifadə edib.

Xatirə SADİQ