“Maska hörmətim var, bizim tərəfimizdə olmasını istərdim” – Zelenski

“Amerikalı milyarder İlon Maska hörmət edirəm və onun maksimal şəkildə bizim tərəfimizdə olmasını istəyirəm”.

Jan 6, 2025 - 10:23
“Maska hörmətim var, bizim tərəfimizdə olmasını istərdim” – Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı podcaster Leks Fridmana müsahibəsində bildirib. 

“Müharibənin əvvəlində mənim onunla söhbətim oldu. Ona hörmət edirəm. Birincisi, mən self-made insanlara hörmət edirəm, belə adamları sevirəm. Göydən heç nə düşməyib, insan özü nəyisə edib. Mən özüm işləyirdim, pul qazanmağın, istedadlı insanları seçməyin nə olduğunu, bu və digər insanlar üşün mühüm nəyisə etməyin nə olduğunu bilirəm. Mən özümü Maskla müqayisə etmirəm, o, dünyada innovasiyalrın lideridir. Hesab edirəm ki, belə insanlar dünyanı yalnız irəli aparırılar. Onun işinin nəticəsinə hörmət edirəm. Biz bu nəticəni görürük...”- deyə Zelenski əlavə edib. 

Ukrayna lideri xatırladıb ki, müharibə zamanı məhz İlon Maskın “starlinkləri” ukraynalıların köməyinə gəlib: “Biz onları Rusiya zərbələrindən, enerji sektoruna raketlərdən sonra istifadə etdik. İnternetdə problemlər vardı. “Starlink”-dən cəbhədə, uşaq bağçalarında, məktəblərdə və müxtəlif infrastrukturlarda istifadə edirdik. Bu bizə çox kömək etdi. Çox istərdim ki, İlon maksimum dərəcədə bizim tərəfimizdə olsun, dəstək göstərsin. “Starlink” üçün ona minnətdaram”.

Ukrayna prezidenti qeyd edib ki, Maskın ölkəsinə gəlməsini, ukraynalılarla danışmasını və hər şeyi öz gözləri ilə görməsini istəyərdi. 

Xatirə SADİQ