240 min ukraynalının hüquqi statusu ləğv ediləcək – ABŞ-də

Tramp administrasiyası müharibədən ABŞ-yə qaçan təxminən 240 min ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

Mar 6, 2025 - 15:52
Mar 6, 2025 - 15:52
240 min ukraynalının hüquqi statusu ləğv ediləcək – ABŞ-də

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyinin məlumatına görə, bu hadisə apreldə baş verə bilər.

“Reuters” vurğulayır ki, bu qərar hələ ABŞ və Ukrayna prezidentlərinin Ağ Evdə mübahisəsindən öncə verilib. 

Bu, Tramp administrasiyası ABŞ-yə buraxılan 1,8 milyondan çox miqrantın hüquqi statusunu ləğv etmək üçün daha geniş addımının bir hissəsidir. Həmin miqrantlar Bayden administrasiyası dövründə başladılan müvəqqəti proqramlar çərçivəsində ABŞ-yə gəliblər.
 
Xatirə SADİQ