“Putinin başının üstünü kəsib pıçıldayırlar: bitir, bitir, bitir...” - Duqindən ŞOK SÖZLƏR
Rusiyalı politoloq və “Rus dünyası” ideoloqu Aleksandr Duqin Rusiya elitasının Ukraynadakı müharibənin dayandırılması üçün Prezident Vladimir Putinə təzyiq göstərdiyini iddia edib.
SAVASHMEDİA.az xəbər verir ki, Duqin sosial şəbəkədə yayımladığı məqaləsində Rusiya rəhbərliyi ilə ölkənin elitası arasında müharibənin davam etdirilməsi məsələsində fikir ayrılığı olduğunu bildirib.
O, yazısında Rusiya rəhbərliyinin və xalqın müharibəni “Qələbəyə qədər” davam etdirməyə hazır olduğunu qeyd edib. Duqinin sözlərinə görə, ölkə elitasının böyük hissəsi isə müharibənin mümkün qədər tez başa çatmasını istəyir.
“Rəhbərimiz və bütün xalq müharibəni Qələbəyə qədər aparmağa hazırdır. Lakin elita - demək olar ki, tam tərkibdə - qaranlıq bir kütlə kimi onun başının üstünü kəsib pıçıldayır: bitir, bitir, bitir... Lakin bu, mümkün deyil. Qələbə olmadan heç nə alınmaz”, - deyə Duqin yazıb.
Politoloq əlavə edib ki, Rusiya qarşısında ciddi islahatlara ehtiyac yaranıb. O, eyni zamanda Putinin qərarlarının düzgün olduğunu düşündüyünü, lakin həmin qərarlardan niyə gözlənilən nəticələrin alınmadığının araşdırılmalı olduğunu vurğulayıb.
Oğuz