Zelenskidən ona "seçkilərsiz diktator" deyən Trampa CAVAB

Ukraynanın Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın onu “seçkilərsiz diktator” adlandırmasına cavab verib.

Dec 12, 2025 - 01:11
Zelenskidən ona "seçkilərsiz diktator" deyən Trampa CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, o, ölkədə seçkilərin keçirilməsinin yalnız atəşkəs əldə olunduğu halda mümkün ola biləcəyini qeyd edib.

Zelenski eyni zamanda ondan seçki tələb edən ABŞ-yə şərtini də açıqlayıb:

“Biz seçki keçirməyə hazırıq. Amma seçkilərin mümkün olması üçün ABŞ bu məsələdə bizə yardım etməlidir. Əgər indi seçki tələb olunursa, ilk növbədə atəşkəs olmalıdır”, – Zelenski vurğulayıb.

Oğuz