Orban Trampa zəng etdi
Macarıstanın baş naziri Viktor Orban oktyabrın 31-də ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonda danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Orban bu barədə “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, noyabrın 5-də baş tutacaq prezident seçkilərində Donald Trampa uğurlar arzulayıb.
“Elə indicə telefonda prezident Donald Trampla danışdım. Gələn ikincü gün üçün ona uğurlar arzuladım. Beş gün qalıb. Barmaqlarımı çarpazladım”, -deyə macaq baş naziri vurğulayıb.
Qeyd edək ki, Orban dəfələrlə ABŞ-dəki prezident yarışında Donald Trampa rəgbət bəslədiyini ifadə edib. O, iyul ayında Trampla görüş keçirib və onunla Ukraynadakı “sülh missiyası”nı müzakirə edib.
Oktyabrın əvvəlində isə baş nazir bildirib ki, Tramk ABŞ-də hakimiyyətə qayıtsa, bir neçə şampan butılkası açacaq.
Xatirə SADİQ