"Mənə zəng etmişdilər, dedim istəmirəm" - Azərbaycan millisindən imtina edən futbolçu

Ukraynanın “Metalist”inin (Xarkov) yarımmüdafiəçisi Ramik Hacıyev Azərbaycan millisində oynamaqdan imtina edib.

Oct 31, 2024 - 17:54
"Mənə zəng etmişdilər, dedim istəmirəm" -  Azərbaycan millisindən imtina edən futbolçu

Bunu futbolçunun özü “UkrFootball” saytına açıqlamasında deyib:

"Azərbaycan millisinin skautları mənə zəng edərək komandada görmək istədiklərini dedilər. Bu ölkənin futbol federasiyası özü müraciət etməmişdi. Bildirdilər ki, pasport almaq problem olmayacaq, əsas mənim razılığımdır. Mən isə imtina etdim. Hazırda bu, son qərarımdır. Çünki Ukrayna millisində oynamaq istəyirəm”.

Qeyd edək ki, Hacıyev indiyə qədər Ukraynanın U-19 yığmasında 7 oyun keçirib.

(publika.az)