"Sumqayıtda həyətdəyəm, mənə bu sualı verməyin" - Samir Abbasov

Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan”ın Samir Abasovla danışıqlar apardığı iddia edilir.

Dec 24, 2025 - 18:21
"Sumqayıtda həyətdəyəm, mənə bu sualı verməyin" - Samir Abbasov

“Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Abasov buna aydınlıq gətirib:

“Mənim heç nədən xəbərim yoxdur. Hansısa klub mənimlə danışıqlar aparmır. Ölkə xaricinə gəlincə, bununla məşğul olan adamlar var. O işlərdən xəbərsizəm. Hazırda Sumqayıtda həyətdəyəm, dincəlirəm. Yenidən nə vaxt iş başında olacağımı deyə bilmərəm”.

Samir Abasov “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub və bu komanda barədə danışmaq istəməyib: "Heç bir şey deyə bilmərəm. Ümumiyyətlə, “Neftçi” haqqında soruşmayın, heç birinə cavab verməyəcəyəm. Vernidubu daha öncədən tanımamışam".

Samir Abasov qarşıdan gələn Yeni illə bağlı da danışıb, gözləntilərinin olmadığını bildirib: “Heç bir gözləntim yoxdur. Arzulara vaxtımız yoxdur. 2025-ci il mənim üçün əla keçdi. Azərbaycanlı futbolçulara uğurlar arzu edirəm, yaxşı legioner həyatı yaşasınlar, çoxlu pullar qazansınlar”. (teleqraf)