Dustaqlar Güllünün qızını döydü, zorla anasının mahnılarını dinlədirlər 

Türkiyənin əfsanəvi müğənnisi Güllünü öldürən qızı Tuğyan Ülkem Gülterlə bağlı yeni məlumat yayılıb.

Dec 24, 2025 - 17:17
Dustaqlar Güllünün qızını döydü, zorla anasının mahnılarını dinlədirlər 

SAVASHMEDİA.az xəbər verir ki, T.Ü.Gülter Gebze həbsxanasından Silivri həbsxanasına köçürülüb.

Məlumata görə, Tuğyan həbsxanada döyülüb. Kamera yoldaşları Güllünü öldürdüyü üçün ona psixoloji təzyiq də göstəriblər. Onlar Tuğyana zorla Güllünün mahnılarını dinlətdiriblər. 

Bildirilir ki, psixoloji böhran keçirən Tuğyan yemək yemir, danışmır və tamamilə özünə qapanıb. Onun başqa həbsxanaya köçürüldüyünü isə vəkili Gebze həbsxanasına görüş üçün getdiyi zaman öyrənib. 

Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını deyiblər. 

Lakin Güllünün səhnəyə çıxdığı məkanın sahibi Ferdi Aydın prokurorluğa gedərək Güllünün cinayətə qurban getdiyinə dair ifadə verib və hadisə ilə bağlı şahidlərin dindirilməsini təmin edib. Bundan sonra müğənninin qızı T.Ü.Gülter şübhəli şəxs qismində ifadə verib. Lakin yetərli sübut olmadığı üçün sərbəst buraxılıb. 

Buna baxmayaraq, polis uzun müddət Tuğyanın qaldığı evi izləyib və 9 dekabrda onun ölkədən qaçacağı ilə bağlı şübhəli hallar aşkarlayıb. Nəticədə keçirilən əməliyyatla T.Ü.Gülter saxlanılıb.

Banu