Ən asan sındırılan internet parolları - Ən çox yayılmış şifrələrin SİYAHISI
Kibertəhlükəsizlik mütəxəssisləri zəif şifrələrin ciddi risk yaratdığı barədə yenidən xəbərdarlıq ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, 2026-cı ildə də dünyada ən çox istifadə olunan şifrə “123456” olub.
Araşdırmalara görə, “123456789”, “password” və “qwerty” kimi sadə kombinasiyalar da ən populyar şifrələr sırasındadır.
Ekspertlər bildirirlər ki, bu tip şifrələr bir neçə saniyə ərzində qırıla bilir. “Kaspersky”nin 19 milyard şifrə üzərində apardığı araşdırma zamanı onların yalnız 6 faizinin unikal olduğu müəyyən edilib.
Mütəxəssislər eyni şifrənin bir neçə platformada istifadə olunmasının təhlükəli olduğunu vurğulayırlar.
Onların sözlərinə görə, hakerlər bir saytdan əldə etdikləri məlumatları bank hesabları və sosial şəbəkələrdə də yoxlayırlar. Ekspertlər istifadəçilərə hər hesab üçün fərqli və uzun şifrələr seçməyi, həmçinin şifrə menecerlərindən istifadə etməyi tövsiyə edirlər.
Oğuz