Azərbaycanda rejissor film çəkmək üçün kreditə girib
Əməkdar artist Sənubər İsgəndərli müasir Azərbaycan kinosunun hazırkı vəziyyətinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa film sektorunda daha çox maliyyə çatışmazlığının olduğunu vurğulayıb.
"Bizdə maliyyə baxımından arxayınlıq yoxdur, əksinə, sıxıntı var. Bu da keyfiyyətə və texniki tərəfə təsir edir. Bizdə son dərəcə uğurlu aktyorlar, rejissorlar var. Sadəcə, maliyyə ən böyük problemdir", - aktrisa əlavə edib.
Əməkdar artist kino sektorunda Türkiyəni misal çəkib.
"Onlar niyə bu qədər iri layihələrə imza atırlar? Çünki maliyyə baxımından arxayınlıq var. Bu da keyfiyyətə və texniki tərəfə təsir edir. Məsələn, Azərbaycanda bu yaxınlarda çəkildiyim filmin rejissoru film üçün kreditə giribmiş. Yəni bu adamlar kino üçün yanırlar, nə isə etməyə çalışırlar. O kreditə girib özü üçün başqa nə isə edə bilərdi, amma bunu sənət naminə edir. Əlbəttə, səhvlər də olacaq, olmalıdır". (Report)