Evli türk aktrisanın intim səhnəsi qalmaqal yaratdı - Həmin epizodun VİDEOSU

Türkiyənin məşhur aktrisası Öykü Karayelin “qoltuqaltı yalamaq” səhnəsi gündəm olub.

Sep 30, 2025 - 21:01
Evli türk aktrisanın intim səhnəsi qalmaqal yaratdı - Həmin epizodun VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktrisa “Mavi Dolunay Otel” serialında həmkarı, aktyor Kerem Bürsinin qoltuğunun altını yalayıb. 

Aktrisanın səhnənin çəkilişindən əvvəl “həmin anlarda gərgin olacağam” desə də, yayılan səhnəarxası görüntülərdə gülüb əyləndiyi ortaya çıxıb. 

Aktyor Kerem Bürsin isə “Öykü çox professionaldır, amma o səhnəni çəkəndə çox çətinlik yaşadıq” deyib.
Ssenarisini aktrisa Gupse Özayın yazdığı, 8 bölümlük “Mavi Dolunay Otel” serialı sentyabrın 28-də “Netflix”də yayımlanıb. 

Serialı izləyən tamaşaçılar “Biz səni “Kuzey Güney”lə sevmişdik, özünə bunu necə yaraşdırdın?”, “ Pul üçün birinin qoltuğunun altını yalamaq nə deməkdir?”, “Hansı ağılla bu iyrəncliyi qəbul etmisən?” yazaraq Öykü Karayeli sərt tənqid ediblər.

Qeyd edək ki, Öykü Karayel müğənni Can Bonomo ilə evlidir. Onlar 2018-ci ildə ailə qurublar, cütlüyün bu evlilikdən Roman adlı oğlu dünyaya gəlib.

Banu