Sabah Bakıda yeni universitet açılacaq - ADI

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq.

Sep 30, 2025 - 21:11
Sabah Bakıda yeni universitet açılacaq - ADI

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib.

"Sabah da çox gözəl tədbir olacaq - biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib.

Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər".