Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazandı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

May 6, 2026 - 01:05
Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazandı

SAVASHMEDİA.az xəbər verir ki, "Arsenal" "Atletiko"nu qəbul edib.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Oyunu Daniel Siebert idarə edib. "Topçular" rəqibini minimal hesabla məğlub edib və adını finala yazdırıb.

Qeyd edək ki, komandalar arasında ilk matç 1:1 hesablı bərabərliklə nəticələnib.