Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzaladı

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real Madrid” klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Jun 11, 2026 - 23:49
Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzaladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Portuqaliyanın “Benfika” klubu “Real”ın baş məşqçinin keçidi üçün 15 milyon avro ödəməyə razılaşdığını açıqlamışdı.

Mourinyo iyulun 13-də komandanın mövsümöncəsi hazırlığının ilk günündə vəzifəsinin icrasına başlayacaq.