Berdiyevin özü ilə gətirdiyi adam gedir - "Turan Tovuz"da ayrılıq
"Turan Tovuz"da ayrılıq gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sportinfo-ya klubdan məlumat daxil olub.
İnformasiyaya görə, Yevgeni Şetinin Azərbaycandan getməyə hazırlaşır.
Kurban Berdiyevin "Turan Tovuz"a özüylə bərabər bura gətirdiyi qapıçılar üzrə köməkçi Rusiyaya dönmək niyyətindədir.
O, fikri barədə klub rəhbərliyini bilgiləndirib. Şetinin bildirib ki, ölkəsindən təklif gəlib və bunu dəyərləndirmək istəyir.