Trampın atəşkəs üçün Putinə verdiyi son tarix bilindi - Günlər qalıb
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynada atəşi dayandırması üçün son tarix təyin etdiyini bildirib.
“Mən Rusiya prezidenti Vladimir Putinə müharibəni bitirmək üçün son tarix təyin etmişəm”, – Tramp bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla belə, o konkret tarix göstərməkdən yayınıb.
Qərb mediası isə Putinə verilmiş son tarix kimi iki versiyanın üzərində dayanır. Birinci versiya pasxa bayramına qədər, yəni aprelin 20-dək olan tarixdir.
İkinci ehtimal isə aprelin 30-dur. Xatırladaq ki, həmin gün Trampın prezident vəzifəsinə başlamasından 100 gün keçəcək.
Ehtimal edilir ki, əgər Vaşinqton ayın sonuna qədər tam atəşkəsə nail ola bilməsə, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Oğuz