Müctəba Xamenei ABŞ ilə danışıqlara məcbur edilib? - Əraqçı DANIŞDI
İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-la aparılan danışıqlar zamanı Ali rəhbər Müctəba Xameneiyə heç bir qərarın məcburi şəkildə qəbul etdirilmədiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, nazirin sözlərinə görə, danışıqlar prosesi Ali Rəhbərin göstərişləri əsasında aparılıb.
O qeyd edib ki, Xamenei hər hansı məsələdə israr etdikdə, danışıqlar həmin istiqamətdə davam edib, ekspert rəyləri əsasında dəyişiklik zəruri hesab edildikdə isə yeni yanaşma müəyyənləşdirilib.
Əraqçi əlavə edib ki, ABŞ ilə razılığa gəlmək üçün mürəkkəb danışıqlar prosesi aparılıb, bu məqsədlə çoxsaylı hesabatlar hazırlanaraq Ali rəhbərə təqdim olunub.
Onun sözlərinə görə, yekun qərarın qəbulunda Ali Milli Təhlükəsizlik Şurası da mühüm rol oynayıb.
Səlcuq