Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO
Salyan rayonunun Qırxçıraq kənd sakini, 26 yaşlı Ramiz Rüstəmovun ailəyə məxsus 85 baş qoyun-quzunu örüşə apardıqdan sonra geri qayıtmadığı barədə məlumat vermişdik.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Belə ki, itkin düşən gəncin atası Xırdalan şəhərində fəaliyyət göstərən qəssabxanalardan birində ailəyə məxsus qoyunları tanıyaraq onların burada olduğunu müəyyənləşdirib.
Ramiz Rüstəmovun özündən isə hələ də xəbər yoxdur. Ailə üzvləri bildirir ki, o, əvvəllər də bir neçə dəfə oxşar hərəkətlər edib, lakin sonradan evə qayıdıb. Bu dəfə isə həm heyvanlar itib, həm də özü yoxa çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.
Oğuz