Mariya Zaxarova Paşinyana elə sözlər dedi ki... - "Sən kişisən?"

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki 102-ci Rusiya hərbi bazası ilə bağlı açıqlamasını kəskin tənqid edib.

Sep 4, 2026 - 18:33
Mariya Zaxarova Paşinyana elə sözlər dedi ki... - "Sən kişisən?"

SAVASHMEDİA.az xatırladır ki, Paşinyan Rusiyanın hərbi bazasını ölkə üçün vacib saymadıqlarını, lakin çıxarılması tələbini də qoymadıqlarını bildirib. 

O, Moskvanın qərarına uyğun olaraq həm bazanın çıxarılmasına, həm də qalmasına razı olduqlarını əlavə edib.

Zaxarova İrəvanın bu qeyri-müəyyən mövqeyinə məşhur yazıçı Mixail Bulqakovun "İtin ürəyi" əsərindən məşhur bir sitatla cavab verib: "Sən kişisən, yoxsa qadın?"

Xatırladaq ki, əsərdə bu sual professor Preobrajenskinin geyiminə görə qarşısındakının cinsini təyin edə bilmədiyi epizodda verilir.

Zaxarova da bu ifadə ilə Paşinyanın "nə qovuruq, nə saxlayırıq" mövqeyini prinsipsizlik və dəqiq siyasi mövqeyin olmaması kimi dəyərləndirib.

Səlcuq