Zelenski rusları vəhşilik törətməkdə ittiham etdi
Ukraynanın Donetsk vilayətinin Yarovaya qəsəbəsinə Rusiya qoşunlarının hava zərbəsi endirdiyi iddiası ilə 20-dən çox adam öldürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram səhifəsində yazıb.
Rusiya ordusunun zərbəsini “açıq vəhşilik” adlandıran Zelenski torpaqda bir neçə cəsədin, zədələnmiş avtomobilin və zərbədən sonra digər nəticələrin əks olunduğu video yayımlayıb.
Ukrayna prezidentinin sözlərinə görə, mülki vətəndaşlar həlak olub və zərbə pensiyaların ödənilməsi zamanı endirilib.
Zelenski beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiq göstərmək üçün qəti addımlar atmağa çağırıb.
Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, Yarovaya zərbələr nəticəsində 21 nəfər ölüb. Mülki şəxslərin öldüyünü təsdiqləyən vilayət rəhbəri Rusiyanın hərəkətlərini “sırf terrorizm” adlandırıb.
Rusiya ordusu indiyədək hava hücumu xəbərini şərh etməyib.
Yarovaya qəsəbəsi Donetsk vilayətinin şimalındakı Liman şəhərindən şimal-şərqdə yerləşir. 2022-ci ildə Rusiya bu qəsəbəni işğal etsə də, üç il əvvəl Ukrayna silahlı qüvvələri onu geri aldı. Təxminən bir ay əvvəl Rusiyanın hücumu ilə bağlı məlumat verilmişdi ki, qəsəbənin boşaldılmasına başlanılıb, cəbhə xətti indi ondan bir neçə kilometr aralıdadır.
Xatirə SADİQ