Artıb 300 manat oldu - Prezident qanunu təsdiqlədi

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Dec 29, 2025 - 15:26
Artıb 300 manat oldu - Prezident qanunu təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.