Nikol Paşinyan Azərbaycana gələcək – Səfər tarixini AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana səfər planlaşdırır.

May 4, 2026 - 13:00
Nikol Paşinyan Azərbaycana gələcək – Səfər tarixini AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, N.Paşinyan bunu bu gün Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında deyib.

“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək 10-cu sammiti zamanı Bakıya səfər etmək imkanım olacaq” – Paşinyan bildirib.

Baş nazir həmçinin qeyd edib ki, “Avropa Siyasi Birliyi” formatı Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında əsas rol oynayıb.

Paşinyan xatırladıb ki, 2022-ci ildə keçirilən ilk sammitdə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.

Banu