Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR 

Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın parlamentdəki son çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Jun 8, 2026 - 19:29
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR 

SAVASHMEDİA.az xəbər verir ki istifadəçilərin bir qismi deputatın çıxış zamanı bəzi sözləri düzgün tələffüz etmədiyini bildirərək onu tənqid ediblər. 

Müzakirələr fonunda deputatların nitq mədəniyyəti və peşəkar hazırlığı məsələsi də yenidən gündəmə gəlib.

Milli Məclisdə hazırlıqsız deputatların az olmadığı, belə millət vəkillərindən birinin də Kamaləddin Qafarov olduğu iddia edilib. 

İstifadəçilər onun mətbuatdakı yazıları və ictimai fəaliyyəti ilə bağlı müxtəlif mənfi fikirlər səsləndiriblər.

Qeyd edək ki, Kamaləddin Qafarovla bağlı illər əvvəl də belə məlumatlar yayılmışdı.

Həmin məlumatlardan birində bildirilirdi ki, Kamaləddin Qafarov latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilmir. Hətta onun mətbuatda gedən siyasi-analitik yazılarının da öz beyninin məhsulu olmadığı iddia edilirdi.

Deputatla bağlı digər bir məlumat isə adı ilə bağlı idi. 

İddiaya görə, millət vəkilinin adının "Kəmaləddin" kimi yazılmasından və tələffüzündən xoşu gəlmir.  Deputat ona yalnız "Kamaləddin" kimi müraciət edilməsini tələb edir və bunu adının kökündəki "Kamal" sözü ilə əlaqələndirir. 

Kamaləddin Qafarovun tərcümeyi-halına nəzər saldıqda isə məlum olur ki, o, Bakıda kimya-biologiya təmayüllü məktəbi, daha sonra isə Naxçıvan Universitetində meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Amma Kamaləddin Qafarov nədənsə öz ixtisası üzrə deyil, əsasən əczaçılıq və səhiyyə sahəsində fəaliyyət göstərib.

Xatırladaq ki, Kəmaləddin Qafarov artıq üç çağırışdır ki, deputatdır. O, birinci dəfə 2015-ci ildə deputat seçilib. Parlamentdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.

Oğuz