“Sülh razılaşmasının açarı beş ərazi ətrafında fırlanır” - Amerikalı elçi
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ötən həftə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları “inandırıcı” adlandırıb.
SAVASHMEDIA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Uitkoff deyib ki, Putinlə Ukraynada müharibəyə son qoya biləcək və bəlkə də yeni biznes imkanlarına səbəb ola biləcək addımları müzakirə ediblər.
O, iddia edir ki, Putin ondan “daimi sülhü” təmin etməyi xahiş edib. Onun sözlərinə görə, onların buna çatmağı müəyyən vaxt aparıb.
Uittkoff diqqətə çatdırıb ki, ümumi razılaşmanın açarı “beş ərazi” ətrafında fırlanır.
“Bu sülh sazişi bu beş adlanan əraziyə aiddir, lakin bu, qat-qat artıqdır. Biz bütövlükdə dünya üçün çox, çox mühüm olacaq bir şeyin astanasında ola bilərik”, - deyə amerikalı elçi vurğulayıb.
O, əlavə edib ki, o, bölgəyə real sabitlik verəcək bəzi çox cəlbedici kommersiya imkanları vasitəsilə Rusiya ilə ABŞ arasında münasibətləri dəyişmək imkanı görür.
Xatirə SADİQ