Yunanıstan Türkiyəyə məxsus adaları İŞĞAL ETDİ - İsrail silahları ilə... + ŞOK İDDİA
“Yunanıstan Egey dənizində Türkiyəyə aid adacıq və qayalıqları işğal edib. Eyni zamanda beynəlxalq müqavilələrə əsasən silahsız statusda olması nəzərdə tutulan adalara İsrail silahları yığır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Sözcü” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, Yunanıstan İsrail Müdafiə Nazirliyi ilə 3,1 milyard avro dəyərində “Aşil Qalxanı” adlı hava və raketdən müdafiə sistemi layihəsi üzrə razılaşma imzalayıb.
Layihə çərçivəsində Yunanıstanın Egey adaları da daxil olmaqla hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırması nəzərdə tutulur.
Limni, Midilli, Sisam, Sakız, İpsara, Lipsi, İkariya, İleriye, İleki, Kerpe, Kelemez, İstanköy, Rodos, Meis və Sömbeki kimi adalarda hərbi qüvvələr yerləşdirilib. Bəzi adalarda hava limanları tikilib, döyüş təyyarələri, ağır silahlar, hava hücumundan müdafiə sistemləri, helikopterlər və silahlı pilotsuz uçuş aparatları ilə təmin edilib.
Nəşr iddia edir ki, Yunanıstan 2004-cü ildən etibarən Egey və Aralıq dənizində Türkiyəyə aid bir sıra adacıq və qayalıqları işğal edib. Koyun, Eşek və Bulamaç adaları ilə yanaşı, Sakarcalar, Keçi, Kalolimnoz, Ardacık, Koçbaba, Nergizcik, Hurşit və Fornoz kimi bir sıra ərazilər də Yunanıstanın nəzarətinə keçib.
Türkiyə Yunanıstanın Egey adalarını silahlandırmasına dəfələrlə etiraz edib. Ankara bu addımların beynəlxalq müqavilələrə zidd olduğunu bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Yunanıstanı Egey adalarını silahlandırmaqdan çəkinməyə çağırıb.
Banu