"Moskvada Əsədlə qonşu olacaq" - Maduro Trampın hədəfindədir

Donald Trampın yeni administrasiyası Venesuelada rejimin dəyişdirilməsində qərarlıdır və Venesuela liderinin gələcək taleyi ilə bağlı ssenarilər müzakirə olunur.

Jan 18, 2025 - 21:20
"Moskvada Əsədlə qonşu olacaq" - Maduro Trampın hədəfindədir

SAVASHMEDİA.az xəbər verir ki, bunu "Axios" nəşri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın məsləhətçisinə istinadən yazıb.

Məqalədə deyilir: “Trampın müşavirləri hesab edir ki, rejim dəyişikliyi mütləq hərbi əməliyyat demək deyil. Biz Maduronun Moskvada Əsədlə qonşu olmasına qətiyyən qarşı olmazdıq”.

Nəşr xatırladır ki, dövlət katibi vəzifəsinə namizəd Rubio ABŞ Konqresində keçirilən dinləmələrdə Venesuelanın “narkotik ticarəti təşkilatı tərəfindən idarə olunduğunu” demişdi.

Oğuz