Rusiya Ermənistana qaz tədarükünü dayandırır - SABAHDAN

Rusiya Ermənistana qaz tədarükünü dayandıracaq.

Sep 14, 2026 - 10:41
Rusiya Ermənistana qaz tədarükünü dayandırır - SABAHDAN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Qazprom Armenia” şirkəti məlumat yayıb.

“Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı kompleks profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək həmin qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. Göstərilən müddətdə respublika istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı heç bir məhdudiyyət olmadan daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə həcmdə təbii qaz hesabına həyata keçiriləcək”, - məlumatda qeyd olunub.

Banu