Fransanın baş naziri Maskı tənqid etdi 

Fransanın yeni baş naziri Fransua Bayru amerikalı milyarder İlon Maskın demokratiya üçün təhlükə yaratdığını bildirib.

Jan 28, 2025 - 09:01
Fransanın baş naziri Maskı tənqid etdi 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Bayru keçən həftə bəyan edib ki, Fransa və bütövlükdə Avropa ABŞ prezidenti Donald Trampa və onun siyasətinə qarşı durmalıdır, əks halda “əzilmə” riski ilə qarşılaşacaq. Bunu dedikdən sonra o, Donald Trampın yaxın məsləkdaşı olan İlon Mask mövzusuna keçib. 

“İlon Mask demokratiyalar üçün təhlükə yaradır. Pul vicdanı idarə etmək hüququ verməməlidir”, - deyə baş nazir yerli telekanala müsahibəsində vurğulayıb. 

Qeyd edək ki, bu yaxınlarda Mask təklif edib ki, La-Manş boğazının adı Corc Vaşinqton adı ilə əvəzlənməlidir. Britaniyada bu boğaz İngilis kanalı adlandırılır. 

Xatirə SADİQ