Ukrayna hərbçiləri Sudjanı tərk etdilər

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətinin Sudja şəhərindən tamamilə geri çəkilib.

Mar 12, 2025 - 16:47
Ukrayna hərbçiləri Sudjanı tərk etdilər

SAVASHMEDİA.az bildirir ki, bunu “DeepState” xəritəsinin məlumatı sübut edir.
  
Hazırda şəhərdə yalnız Rusiyanın silahlı qüvvələrinin olduğu, şəhərin qərbində və şimalında boz zonanın müəyyən edildiyi vurğulanır.

Qeyd edək ki, Ukrayna ordusu ötən ilin avqustundan Kursk vilayətinə daxil olmuşdular. 

Xatirə SADİQ