Meloniyə diz çökən Baş nazir çətin durumda – Məşhur aktrisa 1 milyon tələb edir + FOTO
Məşhur aktrisa Anila Bişa Albaniya hökumətini məhkəməyə verəcək.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa hökuməti üzündən və səsindən icazəsiz istifadədə ittiham edərək, dövlətdən 1 milyon avro təzminat tələb edir.
Fotoda: Anila Bişa
Bişa bildirib ki, üzü və səsi ilə parlamentdə “Diella” adlı bir rəqəmsal nazirin çıxış etdiyini görəndə çox təəccüblənib. O, səsindən və üzündən vətəndaşlara xidmət üçün yaradılmış rəqəmsal köməkçi üçün istifadə olunmasına icazə verdiyini deyib. Aktrisa müqaviləsinin texniki xidmət portalı ilə məhdudlaşdığını və müddətinin ötən ilin dekabrında bitdiyini qeyd edib. Lakin hökumət icazəsiz şəkildə onun üzünü və səsini siyasi layihədə istifadə edib.
Fotoda: Diella
Qeyd edək ki, söhbət 2025-ci ilin əvvəlində başlanmış və dövlət xidməti portalında bürokratiyanın azaldılmasına yönəlmiş “Diella” (Günəş) adlı rəqəmsal transformasiya layihəsindən gedir. Albaniya hökumətinin başçısı, Baş nazir Edi Rama ötən il layihəni tanıdarkən rəqəmsal nazir sisteminin dövlət tenderlərində korrupsiyanın aradan qaldırılması üçün yenilikçi addım olduğunu bildirib.
Xatırladaq ki, Baş nazir Edi Rama beynəlxalq mətbuatın gündəminə Zirvə görüşlərində italiyalı həmkarı Ciorcia Meloniyə diz çökməsi ilə gəlir.
Banu
Fotolarda: Ciorcia Meloni və Edi Rama