Zelenski az qala yalvardı, amma... - "Şols, ona zəng eləmə..."
Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolsdan Rusiya prezidenti Vladimir Putinə zəng etməməyi xahiş etsə də, sözü yerə düşüb.
SAVASHMEDİA.az xaricə mediaya istinadla xəbər verir ki, Şols Zelenskiyə Putinlə danışmaq planları barədə əvvəlcədən məlumat veribmiş. Amma Ukrayna Prezidenti Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına qarşı çıxıb.
Zelenski bunu onunla əsaslandırıb ki, Şoltsun Ukraynanın müharibə vəziyyətində olduğu bir dövrdə Putinlə birbaşa əlaqə qurması Rusiya liderinin təcriddən çıxması anlamına gələcək.
Zelenski belə danışıqların Putinə legitimlik qazandıracağını deyib və israrla telefon danışığının əleyhinə olub. O deyib ki, Putinlə danışmaq əvəzinə, ona qarşı daha təsirli və izolyasiya strategiyası həyata keçirilməlidir.
Ancaq Almaniya kansleri danışıqlarda Ukraynanın mövqeyinə zidd getməyəcəyini bildirərək Putinə zəng edəcəyini deyib.
Oğuz