“Putin istehza edir, Tramp bunu görəcək?” – polyak nazir
Antalyada bir araya gələn avropalı diplomatlar Putini Ukrayna ilə danışıqları pozmaqda ittiham edirlər.
SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Kremlin İstanbul danışıqlarına aşağı səviyyəli nümayəndə heyəti təyin etməsi Putinin vaxt udmağa çalışdığını göstərir.
“Biz ümid edirik ki, ABŞ prezidenti bu istehzanı olduğu kimi görəcək və doğru nəticə çıxaracaq”, - deyə polyak nazir vurğulayıb.
“Bloomberg”in məlumatına görə, avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etmək hədəsini yerinə yetirməyə çağıracaq. Bu, Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməsi və ya Rusiyanın bu həftə dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmadığı təqdirdə baş verəcək.
Xatirə SADIQ